Ofis ziyarəti çərçivəsində bu dəfə 2025-ci il üzrə Marsol Group sponsoru “Beynəlxalq Təhsil Mərkəzi” ziyarət olunub.
Aprelin 24-ü görüş çərçivəsində partnyorlarımız ənənəvi olaraq fəaliyyətləri haqqında məlumat verib, təhsil sektorunda təcrübələrini bölüşüblər. “Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçisi və direktoru Ramal Şəmşədli də mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimat edərək yüzlərlə gənci dünyanın ən yaxşı üniversitetlərində təhsil imkanı ilə təmin etdiklərini qeyd edib.
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Beynəlxalq Təhsil Mərkəzi” Türkiyə, Amerika, Avropa ölkələri üzrə həm əyani, həm də qiyabi bakalavr, magistratura və doktorantura pillələri üçün qəbul proseslərini təşkil edir.
İştirak edən şirkətlər:
BRT Class
Nano Advertising
Sinax
Muffin
Saca Group
BMY Caspian
Maurra Group
İnmotion Trading
Fitowall
Summer Tour
Ecolife
Kapital Bank