Ofis Ziyarəti “Bestsol Group” – 02.05.2024

Aprelin 2-si partnyorlarımızla birlikdə “Bestsol Group”u ziyarət etdik.

Ənənəvi olaraq təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımız tanışlıq zamanı şirkətləri haqqında məlumat verib sənayedəki ən son inkişaflar və tendensiyalarla bağlı müzakirələr apardılar.

Daha sonra “Bestsol Group”un təsisçisi Samir Məmmədovun təqdimatı ilə şirkətin iş mühitini, biznes təcrübələrini öyrənmək imkanımız oldu.

Samir bəy şourumda gəzinti zamanı xüsusi texnikalar və yük maşınları üçün aşınan hissələr, ehtiyat hissələri, təkərlər və filterlər kimi inşaat sektorunda mühüm rol oynayan avadanlıqların satışı və bu avadanlıqların xüsusiyyətləri haqqında məlumat verdi.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan “TATOĞLU-AZ Beton Konstruksiya” şirkətinə “Üzvlük” sertifikatı təqdim olundu.

İştirak edən şirkətlər:

Formag Baku
A Trading Azərbaycan
KartPak Karton Qutu Fabriki
Newtech
Sirab
VMR Tekstil
TATOĞLU-AZ Beton Konstruksiya
Akbis Group