Bu günkü işgüzar görüşümüz partnyorumuz “Acıbadem Healthcare Group”da baş tutub.
Sahibkarlarımız görüş zamanı tanışlıq çərçivəsində öz biznesləri haqqında məlumat verib, B2B əməkdaşlıq perspektivləri müzakirə olunub.
Çay süfrəsi ətrafında təqdimat zamanı “Acıbadem Healthcare Group”un Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aruz Cabbarov partnyorlarımıza 24 xəstəxana və 16 poliklinikanı özündə cəmləşdirən tibb mərkəzinin fəaliyyətləri, klinikalar şəbəkəsində fəaliyyət göstərən həkim heyəti və təchiz olunan avadanlıqlar haqqında məlumat verib.
Bununla yanaşı təqdimat çərçivəsində şirkətin fəaliyyətini əks etdirən video çarx izlənilib.
Qeyd edək ki, Acıbadem – Müasir tibb mərkəzində unikal xidmətlər kompleksi 1991-ci ildə təsis olunmuş “Acıbadem Healthcare Group” klinikalar şəbəkəsi olaraq Türkiyədə özəl tibbi xidmətlər sahəsində aparıcı təşkilatlardan birinə çevrilmişdir. Şirkət beynəlxalq mütəxəssisləri cəlb edərək, ən qabaqcıl dünya texnologiyalarını tətbiq etməklə tibbi xidmətini davam etdirməkdədir.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!