Ofis və istehsalat ziyarəti nədir?

500-ə yaxın şirkəti bir araya gətirən Uğurlu biznes tərəfdaşınız Marsol şirkəti partnyorlarına mütəmadi olaraq ofis və istehsalat ziyarətləri təşkil edir. Partnyorlarımızdan ibarət bir qrupla hər dəfə fərqli bir şirkətin qonağı olur, şirkətin fəaliyyətləri ilə daha yaxından tanış oluruq. Ev sahibi qonağı olan şirkətlərlə birbaşa münasibət qurmaq imkanını əldə edir. Səmimi söhbətlərin olduğu bu ziyarətlərdə mövcud münasibətlər daha da möhkəmlənir. Yeni tanışlıqlar olur. İştirak edən partnyorların hər biri öz xidmətlərini təqdim edir. Əgər qonaq getdiyimiz şirkət istehsalatla məşğuldursa, partnyorlarımızla birlikdə istehsalat gəzintisi edir, orada baş verən proseslərlə daha yaxından tanış oluruq. Bazara çıxarılan məhsulların istehsal prosesini görmək partnyorlarımız arasındakı güvən bağını daha da möhkəmləndirir. Hətta bəzi ofis və istehsalat ziyarətlərimizdə məhsulların təqdim edildiyi şourum gəzintisi də baş tutur, xidmət və məhsullar haqqında daha dolğun və dəqiq məlumatlar əldə etmiş oluruq. Belə…, bu videoda bəhs etdiyim ofis və istehsalat ziyarətləri şirkətimizin xidmətlərindən sadəcə birisidir. Digər xidmətlərimizdən də söhbət açacağımız növbəti videolarda görüşənədək, hələlik.