5 sentyabr tarixində ofis-istehsalat ziyarəti çərçivəsində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları “Tornado” şirkətini ziyarət ediblər.
Şirkətin direktoru Ceyhun Məmmədli qonaqlara şirkətin fəaliyyəti və gələcək layihələri barədə geniş məlumat verib.
Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin müdiri Elvin Nəhmətli İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara təqdim edilən lisenziyalar və dəstək mexanizmləri haqqında məlumat verib.
Həmçinin, KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev də iştirak edərək, KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verərək, sahibkarlarla həmsöhbət olub.
Görüşün sonunda iştirakçılar şirkətin istehsalat sahəsini ziyarət edərək istehsal olunan məhsullarla yaxından tanış olub. Qeyd edək ki, “Tornado Tranding” MMC 1995-ci ildən ayaqqabı idxalı və onun topdan satışı ilə məşğul olur. 2017-ci ildən etibarən isə Lənkaran şəhərində “Tornado” brendi adı ilə istehsala başlayıb. Bundan əlavə İran, Çin, Türkiyə Özbəkistan kimi ölkələrdən ayaq geyimlərinin idxalı və toptan satışını həyata keçirir.