Ofis, İstehsalat Ziyarəti “RICH S.A.” (Millennium) – 13.08.2021

Tərəfdaşlarımızla birlikdə növbəti istehsalat ziyarətimiz “RICH S.A.” şirkətinə oldu. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir.
Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə tanış oldu, sonra “RICH S.A.” şirkətinin rəhbəri Əvəz bəy fəaliyyətləri və “Millennium” dondurmaları haqqında ətraflı məlumat verdi. Daha sonra fabriki gəzərək dondurmaların hazırlanma prossesi və dondurma məhsullarının saxlanması üçün iri həcimli soyuducu anbarlarla yaxından tanış olduq.

Başda Əvəz bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

RICH S.A. Şirkəti
Sika LLC
Marsol MMC
Garanti Group
FinPlast
Eurodoor
ADRA
Sirab
Sabiroğlu MMC