Ofis-istehsalat ziyarəti “Rəmzioğlu Paxlava” – 02.02.2024

Bu gün “Rəmzioğlu Paxlava”da ofis-istehsalat ziyarətimiz baş tutub.

Şirkətin ləziz təamlarının təqdim olunduğu çay süfrəsi ətrafında partnyorlarımız tanışlıq zamanı fərqli sektorlarda fəaliyyət göstərən şirkətlər haqqında daha ətraflı məlumat almaq imkanı əldə ediblər. Onlar iş təcrübələrini və nailiyyətlərini paylaşaraq, nəzarət və idarəetmə təcrübələri haqqında fikir mübadiləsi aparıblar.

“Rəmzioğlu Paxlava”nın təsisçisi və direktoru Cavid Ağayevin təqdimatı çərçivəsində isə partnyorlara şirkət haqqında daha ətraflı məlumat verilib, sonra şirniyyat məhsullarının hazırlandığı istehsalat sahəsi ziyarət olunub.

Sonda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub, iştirakçılar görüş haqqında müsbət təəssüratlarını bölüşüblər.

Nəzərinizə çatdıraq ki, “Rəmzioğlu Paxlava” 2005-ci ildən un məmulatları sahəsində fəaliyyətə başlayan, 2013-cü ildən isə paxlava istehsalı və satışı istiqamətində davam edən şirkətdir. Şirkət paxlavanı qədim hazırlanma ənənələrinə sadiq qalaraq və eləcə də yeniliklər tətbiq edərək müştərilərə təqdim edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!