Ofis-istehsalat ziyarəti “Moon Group”– 22.10.2025

22 oktyabr tarixində Marsol Group partnyorları ofis-istehsalat ziyarəti çərçivəsində “Moon Group” şirkətində qonaq olublar.

Şirkətin rəhbəri Ruslan Quliyev şirkətin fəaliyyət istiqamətləri, xidmətləri haqqında ətraflı məlumat verib.

Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.

Görüşün sonunda istehsalat sahəsi ziyarət olunaraq məhsulların istehsal prosesi ilə yaxından tanışlıq olub. 

Nəzərinizə çatdıraq ki, 2008-ci ildə təsis edilmiş MOON GROUP şirkəti mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində etibarlılığı ilə ilk ağıla gələn şirkətlərdəndir. Şirkət Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə xidmət göstərməkdədir. Eyni zamanda, şirkət Amerika, İtaliya, Fransa, Türkiyə, Rusiya və Çin kimi ölkələrdən Azərbaycana promo məhsulların idxalını həyata keçirməkdədir.  

This will close in 0 seconds