Oktyabrın 17-də ofis-istehsalat ziyarəti çərçivəsində Masallı rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları və qonaq sahibkarlar “Ərkivan Transport” şirkətini ziyarət ediblər.
Şirkətin direktoru Abdulla Abdullayev qonaqlara şirkətin fəaliyyəti və gələcək layihələri barədə geniş məlumat verib.
Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.
Təşkil olunan görüşdə KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB Dostu Cavad Əzizov da iştirak edərək, KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verərək, sahibkarlarla həmsöhbət olub.
Həmçinin Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı Xidmət şöbəsinin baş mütəxəssisi Nazim Qasımov görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət olub.
Görüşün sonunda iştirakçılar şirkətin ərazisini ziyarət edərək, ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, 6 iyul 2014-cü ildən rəsmi fəaliyyət göstərən Arkivan-Transport LLC şirkəti yük daşıma, avtomobillərin təmiri, avtomobil və ehtiyyat hissələrinin satışı, sənədləşdirmə və avtoyuma xidmətlərini göstərir.
Eyni zamanda yük və ya avtomobillə təmin etmə mövcüddur. Şirkət ölkə daxili və ölkə xarici yüklərin daşınması, avtomobillərin kompyuter diaqnostikası, mator, sürətlər qutusu və asqı sistemlərinin təmiri, avtomobillərin ehtiyyat hissələrinin satışı, avtomobillərin satışı və alışı, firmaya üzvlük, ekspeditor, mühasib, sığorta və avtoyuma xidmətlərini göstərir.