Bugün boya sektorunda fəaliyyət göstərən, partnyorumuz “NI Group Interactive Brokers” şirkətinin ofisini ziyarət etdik. Şirkətin həmtəsisçisi Qasım bəy bizə şirkətin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən partnyorlarımızda bir-birləri ilə yaxından tanış oldu və öz işləri haqqında məlumat verdilər. İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

“NI Group” MMC mebel, sənaye, tikinti sektoru üçün gərəkli olan bütün növ xammalların (boya məhsulları, cilalayıcılar, süngərlər, yapışqanlar və s.) satışını həyata keçirir.
Şirkət İbavet, Valresa, İbakimya, DYO, Helios, Smirdex, Freud kimi dünya markalarının rəsmi nümayəndəsidir.