Suverenlik qazandığımız ildən etibarən şirkətimiz Muradlı İnşaat mağazaları vasitəsi ilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi xidmət göstərmişdir. Sonrakı illərdə fəaliyyətimizə topdan dəyişiklik edərək , Panda boyaları ilə yeni rənglər əlavə etdik. İqtisadiyyatımızın inkişafına yerli brend olaraq rəng qatan Panda boyaları hal – hazırda dünya brendləri ilə bir sırada dayanır. Qlobal bazara ixrac olunan boyamız bütün rəngləri ilə dünyanın bir çox nöqtəsində iz qoymaqla yanaşı bayrağımızın üç rəngini xarici bazada qürurla təmsil edir. Ağı qaradan ayıraraq keyfiyyətli məhsullarımızla bazara girdiyimiz gündən etibarən alıcıların ürəyini pillə-pillə fəth etmişik.
Hal-hazırda brend olaraq sərfəli, keyfiyyətli və davamlı boyalar arsında ən üst pillələrdə yer alırıq. Bütün yerli məhsullar kimi Panda boya da xarici bazarda yüksəldikcə “Made in Azerbaijan” frazasını qürurla beyinlərə və dünya boya bazarına həkk edir. Panda kimi sevilmək ən böyük məqsədlərimizdən olub.
Çöl cəbhə boyalarına ayırdığımız xüsusi keyfiyyət diqqətinin nəticəsi olaraq yağışdan sonra günəş çıxanda Panda boyaları ilə oyanmış səthlərin rəni göy qurşağı kimi parlaq qalır. Komandamıza hər zaman işinin parlayan mütəxəssislərini cəlb edərək iş keyfiyyətinin artım və stabilliyini qorumuşuq. Sevgi və hörmət prinsiplərinə sadiq qalaraq , möhkəm bir divar kimi birlik olan komandamızın iş həyatına rəng qatmışıq.
Hər rəngin bir anlamı olduğu kimi , hər əməkdaş və müştəri də bizim üçün ayrı-ayrılıqda xüsusi bir anlam kəsb edib.
Boyalarımız kimi boya brendlərinin sıralarında parlamaq və sizin həyatınıza rəng qatmaq hər zaman bizim üçün qürurdur!

Ünvan: Binəqədi şossesi , 4cü mədən küç , 276/1

Telefon: 012 565 00 08

Mobil: 050 268 88 06

web: www.pandaboya.az

e-mail:[email protected]

Facebook, İnstagram : pandaboya