Melhem Beynalxalq Hospital

Məlhəm Beynəlxalq Hospital Nizami Rayonu Cəmşid Naxçıvanski küçəsi 433 ünvanında yerləşir

5 mərtəbədən və 28 KV ibarət olub ibarət xəstəxananın qarşısında 200 yerli qapalı avtodayanacaq mövcutdur

Xəstəxana tam profilli xəstəxana olaraq fəaliyyət görsədir. Burada Ürək Damar-Cərrahiyyəsi, Kardiologya,Mama-Ginekologiya,Neonatologiya,Pediatriya,Radiologiya,Təcili-Tibbi Yardım, Reanimasiya,Ümumi-Cərrahiyyə,Ortapediya-Travmatologiya,Neyro Cərrahiyyə,Burun və Boğaz Xəstəlikləri,Göz Xəstəlikləri,Urologiya,Anestezologiya,Daxili Xəstəliklər ,Qastroenterologiya,

Hemodializ,Nevrologiya,Şua Diaqnostikası,Tibbi Laboratoriya,Fizioterapiya və Rehabilitasiya, Mərkəzi Stirilizasiya kimi tibbi xitmətin təşkili üçün lazım olan bütün sahələrin fəaliyyəti nəzərdə tutulub. Xəstəxanada ümumilikdə 620 nəfərdən ibarət işçi heyət calışır ki, onlardan 120  nəfəri həkim 270 nəfəri orta tibb işçisi 230 nəfəri isə, qeyri tibb personalidir. 140 yerlik xəstəxana  Amerika Birleşmiş Ştatları istehsalı olan cox funksiyalı Hill Rom marka yataxları ilə təchiz olunub.

Kardiologiya şöbəsində son model olan bütün lazimi avadanlıqlar quraşdırılıb,şöbədə

 CardioLine markalı stress- test və kardiograma cihazları mövcutdur.

Koronar Arteriyaların angiografiyası,koronar arteryalarda darliq zamanı invaziv üsulla balon və ya stent tətbiqi,preferik arteryaların angiografiyası, preferik damar darlıqlarında balon və ya stent müdaxiləsi kimi prosedurlar heyata keçirilir.Əməliyyatxana bloku MAQUET şirkəti tərəfindən xüsusi təchizatla tam təmin olunmuş 8 otaqdan ibarətdir. Ürək Cərrahiyyəsi üçün nəzərdə tutulmuş 2 ədəd suni ürək ağciyər pompası ilə təchiz edilmiş əməliyyat otağı həmcinin organ transpartasyası üçün əməliyyat otağından ibarətdir. Ginekologya şöbəsində ən son tipli avadanlıqla təmin olunan və doğuş üçün nəzərdə tutulan  2 zal və əməliyyatxana mövcutdur.

Bundan başqa xüsusi olaraq yenidoğulmuşlar üçün 4 ədəd küveyz 1ədəd transportküveyz,fototerapiya cihazı,2 carpayılıq böyüklər üçün reanimasiya otağı və 12 carpayılıq ginekoloji stansiyanar otaq mövcutdur. İntensiv terapiya üçün xususi funksiyalı Hill Rom markalı yataqlar quraşdırlıb. Reanimasiya şöbəsində 18 normal 1 izaliyasiyya  carpayıdan ibarət ümumi reanimasiya şöbəsi,9 carpayıdan ibarət kardioloji reanimasiya və şöbədə 14 ədəd suni tənəffus cihazı, mərkəzi tibbi matirizasiya sistemi EKQ və defokulyator cihazları quraşdırılıb.Yeni doğulmuşlar üçün 4 küveyzdən ibarət reanimasiyya mövcutdur.

Təcili yardım şöbəsində 16 carpayılıq müayyinə və müşahidə otağı həmcinin kiçik cərrahi müdaxilə üçün əməliyyat otağı, pediatrik otaq,infeksion xəstə izole otağı mövcutdur.

Ambulans və evdə xidmət üçün xüsusi avtomobillər ayrılıb. Qulaq,burun, boğaz şöbəsində tam təchizatlı müayinə kabinenti və audometriya otağı hazırlanıb. Oftolmalogiya şöbəsi tam təcizatlı avtolmaloji müayinə masası ilə təchiz olunub. Laboratoriya şöbəsində avtomatlaşdırılmış analiz sistemi ve mikrobiologiya laboratoriyası mövcutdur.

Radiologiya şöbəsi ən son model texniki avadanlıqlar ilə təchiz olunub.

Həmcinin hospitalda merkezi tibbi qaz sistemi və pnevmativ poct sistemi quraşdırılıb. Camaşırxana,yemekxana iki ayri mertebede kafeteriyada ziyaritcilerin ixtiyarindadir. Metbex 500 nefere xidmet gösterecek texniki imkanlara sahipdir. Burada ən müassir metbex avadanliqlari quraşdırılıb. Mətbəxdə bütün yeməklər qiqyenik standartlara uygun hazırlanır.

Ərzaq,meyve-terevez ət və süd məhsullarının qorunub saxlanılması üçün her bir şərait mövcutdur. Mətbəxdə calışan personal xəstələrə xüsusi təyinat əsasında yeməklərin hazırlanması və paylanması üzrə təcrübəyə malikdir.

Xəstəxanada təmizləmə və dizenfeksiya işləri dövrü olaraq dəqiqliklə və keyfiyyətlə heyata keçirilir. Eyni zamanda istər işci heyətinin qeyimləri xəstələrə xidmət göstərən palataların bütün yataq dəstləri xəstəxanada mövcut olan camaşırxanada yuyularaq müassir tipli avropa istehsalı olan qurutma avadanlıqları, selendir ütülərlə tam gigyenik qaydada təmizlənərək yeniden xidmət bölməsinə təqdim olunur.

*Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099

*Telefon: 803

Mobil: 051 201 71 01

web: C. Naxçıvanski küç. 433 Bakı, 1099

e-mail: [email protected]

Facebook, İnstagram

This will close in 0 seconds