Marsol Minifutbol Turniri 2025 – Püşkatma mərasimi

“Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib.

1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) və Azərbaycan Minifutbol Federasiyasının (AMF) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə “Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, AMF-in baş katibi Orxan Hüseynov, Şəki Peşəkar Futbol Klubunun təsisçisi Elgün Hüseynov, Modern Hospital şirkətinin direktoru Taryel Ömərov, Kirpi Tekstil şirkətinin və Djevo markasının həmtəsisçisi və direktoru Cavid Salayev, eləcə də Moon Group şirkətinin təsisçisi Ruslan Quliyev iştirakçıları salamlayaraq turnirin əhəmiyyətindən danışıblar və bütün komandalar üçün uğurlar arzulayıblar.

Çıxış edən natiqlər qeyd ediblər ki, bu cür tədbirlər sahibkarlıq subyektləri arasında dostluq, sağlam rəqabət və komanda ruhunun inkişafına töhfə verir, həmçinin idmanın və sosial inteqrasiyanın dəstəklənməsində mühüm rol oynayır.

Daha sonra QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov çıxış edərək artıq 5 ildir ki təşkil olunan turnirlə bağlı ətraflı məlumat verib, çempionatın 23 noyabr tarixində start götürəcəyini, turnirdəki yeniliklər, qaydalar və iştirakçı komandalar haqqında məlumatları iştirakçılarla bölüşüb. Daha sonra püşkatma ilə qruplar müəyyən edilib.Qeyd edək ki, artıq ənənə halını almış Marsol Minifutbol Turniri bu il də böyük maraqla qarşılanıb.

Turnirin baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru Modern Hospital, forma sponsoru isə “Djevo Sport” olub. Tədbirin promo tərəfdaşı isə ənənəvi olaraq “Moon Group” şirkətidir.

Turnirin qalibləri aşağıdakı mükafatlarla təltif olunacaqlar:

???? I yer – 10.000 manat pul mükafatı???? II yer – Marxal Resort & Spa-da qonaqlama (komanda şəklində)???? III yer – qiymətli hədiyyələr.

Bundan əlavə, turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

“Marsol Minifutbol Turniri 2025” ilə bağlı bütün yeniliklər və nəticələr turnirin rəsmi sosial media hesablarında paylaşılacaq.İştirak edən bütün komandalara uğurlar arzulayırıq – güclü olan qalib gəlsin!.

This will close in 0 seconds