“MARSOL Mini Futbol Turniri 2021” – Püşk atma

17 sentyabrda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın sponsorluğu ilə təşkil olunan “MARSOL Mini Futbol Turniri 2021”in püşk atma mərasimi baş tutub. Tədbirdə turnir barəsində ətraflı məlumat verilib, qruplar müəyyən edilib ən sonda isə komanda kapitanlarının iştirakı ilə əyləncəli yarış təşkil edilib.

26 sentyabr tarixində start götürəcək turnirdə “MARSOL” partnyorlarından ibarət 32 komanda iştirak edəcək. Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaqdır.  İştirak edən hər kəsə uğurlar arzulayırıq! Güclü olan qalib gəlsin!