“Marsol Mini Futbol Turniri 2021” başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın dəstəyi ilə 26 sentyabr tarixində start götürən “MARSOL” partnyorlarından ibarət 32 komandanın iştirak etdiyi “Marsol Mini Futbol Turniri 2021” başa çatıb.

Noyabrın 21-də keçirilmiş final mərhələsində 1-ci yeri “Kapital Bank”, 2-ci yeri “Mibella Mebel”, 3-cü yeri “Pimapen”, 4-cü yeri isə Azərbaycan Dövlət Reklam Agentliyinin komandaları tutub. Qalib komandalara kubok, medal və digər hədiyyələr təqdim olunub.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin və dövlət qurumlarının əməkdaşlarından ibarət 32 komanda arasında təşkil olunmuş mini futbol turniri sentyabrın 17-də püşkatma mərasimi ilə start götürmüşdü.
Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!