Onlayn görüşlərimiz davam edir.
Oktyabrın 29-da Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub.
B2B mühitdə tanışlıqla davam edən görüşdə iştirakçılar bir-biriləri ilə tanış olub, öz fəaliyyət sahələri, təcrübələri və həyata keçirdikləri layihələrlə bağlı müzakirələr aparıblar.
Görüşdə Azərbaycan Biznesinin İnkişafı Fondunun Aparıcı mütəxəssisi Fərman Məmmədov fondun fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Həmçinin, sahibkarlar Marsol Group-un gələcək fəaliyyətləri, regionlarımızda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşlər və yeni layihələr barədə fikirlərini səsləndiriblər.
Belə görüşlər region və paytaxt sahibkarları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.


