Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.Oktyabrın 29-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Görüşdə “Veyseloğlu Şirkətlər Qrupu”na daxil olan Araz Supermarketlər şəbəkəsinin təhcizat şöbə rəhbəri Sinan Süleymanov da iştirak edib. O, şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib, eyni zamanda sahibkarları maraqlandıran sualları cavablandırıb.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


