Marsol Group partnyorları ilə işgüzar görüş keçirilib.
Avqustun 27-si partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər. Görüşdə “Crystal Group of Companies”in satınalma və təchizat şöbəsinin rəhbəri Eldəniz Əlimərdanov da iştirak edib. O, şirkətlər qrupunun fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib, eyni zamanda iştirakçıların iş fəaliyyətləri ilə yaxından tanış olub.
Görüşün sonunda, Marsol Group-un rəsmi yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.