Marsol Group partnyorları ilə işgüzar görüş keçirilib.
Sentyabrın 24-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
“PAŞA Həyat Sığorta” ASC- nin Satınalma şöbəsinin müdiri Fərrux Cəfərov şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında ətraflı təqdimat edib. Həmçinin sahibkarları maraqlandıran sualları cavablandırıb.
Sonda, Marsol Group-un “Partnyorluğun simvolu” olan yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.