Marsol Group partnyorları ilə B2B görüş – 15.10.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.

Oktyabrın 15-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında təqdimat edib.

Həmçinin görüşdə iştirak edən Nar Mobile şirkətinin Satış rəhbəri Elnur Rzazadə şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında təqdimat edib.

Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.