Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.
Noyabrın 12-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında təqdimat edib.
Həmçinin görüşdə MADO Restoranlar Şəbəkəsinin həmtəsisçisi Ramiz Kazımov və satınalma rəisi Fuad Bayramov şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında ətraflı məlumat verib, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


