Marsol Group partnyorları ilə B2B görüş – 10.09.2025

“Kapital Bank”ın İnzibati idarəetmə departamentinin satınalmalar şöbəsinin müdiri ilə Marsol Group partnyorları arasında işgüzar görüş keçirilib.

Sentyabrın 10-da partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Daha sonra, “Kapital Bank”ın İnzibati idarəetmə departamentinin satınalmalar şöbəsinin müdiri Rza Rzayevlə iştirakçılar arasında satınalma prosesləri, tədarük zəncirinin idarəetməsi və potensial əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.

Görüşün sonunda, Marsol Group-un rəsmi yaxa nişanı üzv şirkətlərə təqdim edilib, xatirə fotosu çəkilib.

This will close in 0 seconds