Marsol Group partnyorları ilə B2B görüş – 08.10.2025

Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib.Oktyabrın 8-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Görüşdə “Crystal Group of Companies”in satınalma və təchizat şöbəsinin rəhbəri Eldəniz Əlimərdanov da iştirak edib. O, şirkətlər qrupunun fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib, eyni zamanda iştirakçıların iş fəaliyyətləri ilə yaxından tanış olub.

This will close in 0 seconds