Marsol Group partnyorları ilə B2B görüş – 02.10.2025

Marsol Group partnyorları ilə işgüzar görüş keçirilib.Oktyabrın 2-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.

Görüş zamanı hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Həmçinin “ArchiCo Engineering Company” şirkətinin icraçı direktoru Cavad Musayev şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında ətraflı təqdimat edib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

This will close in 0 seconds