Daha bir yeniliyə imza ataraq “MARSOL Business Club”u partnyorlarımızın xidmətinə təqdim edirik. Bugün “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə görüşümüz baş tutdu. Görüşdə klubun mahiyyəti və klub daxili xidmətlər barədə partnyorlarımızı maarifləndirdik. Daha sonra dəyirmi masa ətrafında partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldu və şirkətləri haqqında ətraflı məlumat verdilər.

Onu da qeyd edək ki, “Business Catalogue” 2021-ci il nəşri işıq üzü gördü və görüşdə iştirak edən partnyorlarımıza təqdim edildi.

İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.