16 fevral tarixində “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə çay süfrəsində görüşümüz baş tutdu. Görüşdə klubun mahiyyəti və klub daxili xidmətlər barədə partnyorlarımızı maarifləndirdik. Daha sonra dəyirmi masa ətrafında partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldu və şirkətləri haqqında ətraflı məlumat verdilər.
Sonda isə görüşdə iştirak edən partnyorlarımıza “Business Catalogue” 2021-ci il nəşri təqdim edildi.
İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!
Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.