Otel ümumilikdə 33 otaq, restoran və kafedən ibarətdir. Oteldə 4 otaq növü var. Ekonom, Standart, Delux və Family Suite. Standart olaraq otaqlarımız 2, 3 , 4 Hətta 5 nəfərin rahat yerləşə biləcəyi şəkildə dizayn edilmişdir. Otaqlarımız və otel özü bütün muasir tələblərə cavab verir. Otaqların hər birində soyuducu (mini bar), Kondisioner, WC və televizor mövcuddur. Otaqlarımız hovuz və bağça mənzərli olmaqla 2 hissəyə ayrılır. Otelimiz 3 mərtəbədən ibarətdir. Otelin 2 ci mərtəbəsində yerləşən restoranımız ümumilikdə 120 qonağı eyni anda qəbul edə bilir. Mətbəximizdə milli, xarici və talış mətbəxinə aid olan ən ləziz təamlar mövcuddur. Kafe isə ümumilikdə 60 nəfər qəbul edir. Hovuz ilə üz-üzə yerləşən kafemiz isti havalarda sərinləmək və ləziz kokteyllər, şirniyyatlar dadmaq üçün qonaqlarımız üçün mükəmməl seçimdir. Bunlarla yanaşı otelin daxilində və xaricində uşaqların əylənməsi üçün mini əyləncə ərazisi, oyun zalı, bliardo salonu və SPA(sauna, türk hamamı) xidmətləri və Parking ərazimizdə mövcuddur.

Ünvan: Astara Şəh. Azərbaycan Küç 33

Mobil: +994 10 250 00 69

web: mandarinnart.az

e-mail: info@mandarinn az

Facebook, İnstagram: mandarinnart.hotel