12 aprel tarixində Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Maliyyə hesabatlarının növləri və təhlili” təliminin ikinci hissəsi keçirilib.
İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov bu dəfə maliyyə hesabatlarının spesifik xüsusiyyətləri və qarşılıqlı təhlil metodları mövzularına toxunub.
Qeyd edək ki, “Maliyyə hesabatlarının növləri və təhlili” təlimi 6 həftə ərzində hər həftə 2 saat şəklində davam edəcək.
