Mərakeş turumuzun 5-ci günü Kasablanka şəhərinin Sidi Othmane sənaye zonasında inkişaf və investisiya ilə bağlı kommunikasiya görüşü baş tutdu. Mr. Abid Kabadinin təşkil etdiyi görüşdə sahibkarlarla birlikdə iştirak etdik, investisiya ilə bağlı müzakirələr apardıq.

Qeyd edək ki, turun 5-ci gününün əvvəlində dünyanın 14-cü ən böyük məscidi olan “II Həsən” məscidini görmək üçün Rabat şəhərindən Kasablankaya doğru yola düşdük. Rəngləri qeyri-adi zəriflik bəxş edən məscidin ərazisində partnyorlarımızla birlikdə ekskursiyamız baş tutdu.

Günün davamında Türk mətbəxinin ləziz təamları ilə məşhur “Piton Döner” restoranında nahar yeməyimiz baş tutdu.

Sonda “Shade by La Cascade” resoranında axşam yeməyi ilə 5-ci günü yekunlaşdırdıq.