Partnyorlarımızla birlikdə işgüzar Mərakeş turunun 4-cü günündə Fəs şəhərinin şimalında yerləşən “Borj Sud” qalasını ziyarət etdik. Köhnə şəhərin əsas baxış nöqtəsi kimi tanınan qalada partnyorlarımızla birlikdə xatirə şəkili çəkdirdik. Günün davamında Fəs şəhərindəki son ünvanımız “Mosaique Et Poterie De Fes”ə getdik. Dünya miqyasında şöhrət səviyyəsinə çatana qədər inkişaf etməyə davam edən dulusçuluq sənətinin ünvanı “Mosaique Et Poterie De Fes”də bu sənətin dərinlikləri haqqında məlumat aldıq. Gildən düzəldilən, xüsusi formalara salınan qabların, seramik və mozaiklərin bəzədilmə və rənglənmə prosesi ilə yaxından tanış olduq.

Fəs şəhərinin ənənəvi istehsalından maraqlı məlumatlar alaraq buradaki fəaliyyətlərimizin sonuna gəldik. Günün 2-ci yarısında Meknes şəhərinə doğru yola düşdük. Meknes şəhəri yaxınlığında “Volyubilis” dağıntılarını gəzdik.

Meknes şəhərində “Palais Terrab” restoranında baş tutan nahar yeməyindən sonra paytaxt Rabata qayıdaraq turumuzun 4-cü gününü yekunlaşdırdıq.