Mərakeş Turu – III gün

Mərakeş səfərimizin 3-cü günü Rabat şəhərindən Şimala, Fəs şəhərinə doğru yola düşdük. Turumuza maraq qatan bu tarixi şəhərin mədəniyyət nümunələrini əks etdirən küçələrlə, eləcə də iqamətgahlar və tarixi abidələrlə tanış olduq. “Dar al-Makhzen”, “Seffarine” meydanı, “Chouara” dəri zavodu və “Əl-Attarine Mədrəsəsi”ni ziyarət etdik.

Hələ də misgərliyin aktiv şəkildə davam etdiyi “Seffarine” meydanında müxtəlif çeşidli mis qabların hazırlanması ilə tanış olduq. Sonra “Chouara” dəri zavoduna gedərək boya ilə dolu daş qazanlarda keyfiyyətli dərilərin hazırlanmasını izlədik.

Beləliklə turun 3-cü günü zəngin tarixi ilə məşhur Mərakeşin ən böyük şəhərlərindən olan Fəs şəhərinin mədəniyyəti ilə tanış olduq.