Lənkəran turumuz davam edir. Partnyorlarımızla birlikdə 10 sentyabr tarixində təyinat nöqtəsinə çatdıq. Partnyorlarımız “Lankaran Springs” hoteldəki əyləncəli sosial fəaliyyətlərdən istifadə etdi, futbol, voleybol və boulinq oynadılar. Daha sonra hoteldə axşam yeməyi ziyafətimiz baş tutdu. Ziyafətdən sonra çay süfrəsində sahibkarlar öz işləri haqqında məlumat verərək daha yaxından tanış oldular. Bununla yanaşı “Efor” şirkətinin rəhbəri Şövkət bəyin “Biznesdə marketinq” mövzusunda təlimi baş tutdu.