“KarnegiKlub” Treninq Mərkəzi 2011-ci ildə Dr. Nəcəf Allahverdiyev tərəfindən təsis edilmişdir. Artıq 9 ilə yaxındır ki, fəaliyyətdə olan Treninq Mərkəzimizdə fərdi, qrup və korporativ formatlarda “Xarizmatik Natiq”, “Ünsiyyət bacarıqları”, “Effektiv satış”, “Zamanın idarə olunması”, “Mind Maping”, “Psixoloji aykido”, “İdeyalar generatoru”, “Kreativ düşüncə”, “Şəxsi inkişaf”, “Motivasiya” və digər mövzularda keçirilən treninqlərimizdə 10 000-dən çox insan iştirak etmişdir.


Mərkəzimizin korporativ sektordakı fəaliyyət istiqaməti təlimlərdə müasir və innovativ tədris üslublarını tətbiq edərək işçilərin motivasiyasının artırılması, komanda əhval-ruhiyyəsinin yüksəldilməsi ilə yanaşı, hazırkı dövrümüzdə önəmli və aktual olan ünsiyyət və təqdimat bacarıqlarının, effektiv və psixoloji satış texnikalarının mənimsənilməsi, kollektivdə xoş ab-hava yaratmaqla, müştəri məmnuniyyətinin və təşkilatın gəlirlərinin artırılmasına yönəlib.


Bu illər ərzində “North West Construction”, “Lexus”, “Redbull”, “Toyota”, “Caspel”, “ASAN Xidmət”, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər onlarla müəssisə və təşkilat mərkəzimizin təlimlərindən faydalanmışdır.


Mərkəzimizdə həmçinin, fərdi və anonim şəkildə çıxış və təqdimatlara hazırlıq, “biznes və layf kouç” sessiyaları da keçirilir.

Ünvan: Bakı ş., Murtuza Muxtarov küç 53

Mobil: +994 55 444-14-00

web: www.karnegi.az

e-mail: [email protected]