Oktyabrın 19-u Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev “iTech Group”u ziyarət ediblər.
Şirkətin şourumunda ekskursiya zamanı geniş xidmətlər və avadanlıqlarla yaxından tanışlıq olub. “iTech Group”un təsisçisi İlham Əzizov tamamlanmış uğurlu layihələri haqqında məlumat verib, çay süfrəsi ətrafında İKT sahəsində inkişaf ehtiyaclarına dair müzakirələr aparılıb.
Qeyd edək ki, Marsol Group partnyoru olan “iTech Group” 2000-ci ildən etibarən, Azərbaycanda informasiya texnologiyaları üzrə ixtisaslaşmış aparıcı inteqrasiya şirkətidir. Şirkət, dövlət qurumları, müəssisələr və infrastruktur təminatçılar, telekommunikasiya, neft-qaz və hüquq-mühafizə orqanları, maliyyə institutları, tikinti və nəqliyyat sektorlarında müxtəlif miqyaslı bir çox uğurlu və innovativ layihələr həyata keçirmişdir.