“İşgüzar Səhər Yeməyi” və “Ofis Ziyarəti” – 29.12.2023

Bu gün partnyorlarımızla həm “İşgüzar Səhər Yeməyi” həm də “Ofis Ziyarəti” çərçivəsində “Shane English School”un qonağı olduq.

Səmimi mühitdə sahibkarlar bir-birilərilə tanış olmaq və şirkətləri haqqında məlumat verərək biznes ideyalarını bölüşmək imkanını dəyərləndirdilər. Bununla yanaşı, “Shane English School”un təsisçisi və direktoru Jalə Bəhramova partnyorları təhsil mərkəzinin tədris metodikası, conversation və sınaq imtahanları haqqında məlumatlandırdı. Daha sonra Jalə xanım iştirakçıları təhsil müəssisəsi ilə daha yaxından tanış etdi.

Uğurla başa çatan görüşün sonunda isə Marsol Group partnyoru olan “Elegant-S” şirkəti tərəfindən iştirakçılara hədiyyələr təqdim olundu.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Dekoriza
ABV
Meslehetci.az
Kovrolin.az
ERZ Mebel
Euroglass
Elegant S
Kitchen Plus
Ledior
Strix
Ahəng Psixologiya
B.K. Psixologiya
Master Cleaning
Muffin Pustry
SKY Stone