İşgüzar Səhər Yeməyi “Shane Academy” – 21.11.2025

Noyabrın 21-də “Shane Academy” təhsil mərkəzində “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 20-ə yaxın Marsol Group partnyoru bir araya gəlib.

İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.

Həmçinin şirkətin təsisçisi Jalə Bəhramova mərkəzin fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verib.

Sonda partnyorlar dərs otaqları və iş mühiti ilə əyani formada tanış olublar.

Nəzərinizə çatdıraq ki, Shane Academy Beynəlxalq bir təhsil mərkəzi olaraq tələbələrə dünya standartlarına cavab verən təlim-təhsil sistemi ilə xidmət edir və hər il yüzlərlə tələbənin xaricdə təhsil almaq arzusunu reallaşdırır. Əsas məqsədi ən yüksək keyfiyyətli ingilis dili təhsilini peşəkar müəllimlər, müasir tədris materialları və beynəlxalq səviyyədə tanınan kurikulum vasitəsilə təqdim etmək, eyni zamanda tələbələrin xaricdə təhsil almaq və dünyagörüşünü genişləndirmək imkanlarını artırmaqdır.

This will close in 0 seconds