İşgüzar Səhər Yeməyi “Şəki Park” – 31.10.2025

Oktyabrın 31-də “İşgüzar Səhər Yeməyi” çərçivəsində Marsol Region partnyorları ilə “Şəki Park”da Meslehetci.az şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İnvestisiya İmkanları” adlı görüş baş tutub.

Görüşdə Meslehetci.az şirkətinin təsisçisi Abbas Orucəliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində daşınmaz əmlaka investisiya üzrə yeni məsləhət xidməti platformasını təqdim edib.

Həmçinin “Meslehetci.az” şirkətinin Dubay üzrə rəsmi tərəfdaşı “FGX Realty” şirkətinin rəhbəri Fərman Qərib və “Binghatti Developments” şirkətinin nümayəndəsi Mohamed Elzawawi çıxış edərək Dubayın sabit və gəlirli investisiya mühiti barədə və premium layihələri haqqında ətraflı məlumat veriblər.

This will close in 0 seconds