İşgüzar Səhər Yeməyi “Prive Steak Gallery” – 21.08.2025

“İşgüzar Səhər Yeməyi” çərçivəsində avqustun 21-i 30-a yaxın Marsol Group partnyoru “Prive Steak Gallery” restoranında bir araya gəlib.

Görüşdə ənənəvi olaraq iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələr baş tutub, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.
Görüşün davamında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva iştirak edərək fondun fəaliyyətləri haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olub.

Həmçinin, “BirBank”ın İnzibati idarəetmə departamentinin satınalmalar şöbəsinin müdiri Rza Rzayev də görüşdə iştirak edib, iştirakçılar arasında satınalma prosesləri, tədarük zəncirinin idarəetməsi və potensial əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.


Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.

This will close in 0 seconds