Avqustun 28-də “Özsüt” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru bir araya gəlib.
Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.
Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Həmçinin, Veysəloğlu Şirkətlər Qrupunun təqdimatı çərçivəsində mərkəzi təchizat direktoru İlyas Xanməmmədov şirkətin təchizat strategiyası, yerli istehsalçılarla əməkdaşlıq imkanları barədə məlumat verərək, sahibkarları maraqlandıran sualları cavablandırıb.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
