Sentyabrın 23-də “Özsüt” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.