İyulun 8-i ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Özsüt” restoranında xanım sahibkarların da iştirakı ilə 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib.
Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.
Görüş çərçivəsində, növbəti il keçiriləcək 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar da baş tutub.
Həmçinin, “ArchiCO Engineering Company”nin icraçı direktoru və təchizat şöbəsinin rəhbəri Cavad Musayevin təqdimatı baş tutub. Cavad bəy şirkətin həyata keçirdiyi hərbi, ekoloji, yaşayış, sosial, turizm, kommersiya və digər təyinatlı layihələri haqqında ətraflı məlumat verib və iştirakçılar üçün maraqlı olan sualları cavablandırıb.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.
İştirak edən şirkətlər:
Pro Con İzo
Parket Home
Al Group
ForEv
Newcond
Lunchef Catering
Helind
Ecolife
İdea Consulting
Constra
Fitowall
Lux Tires
Unilift
Agora Dekor
Az Shipping
Net Electric
Halal-P
Amina Building
GR Group
Soel Parfum
Real Group
Azplasttech
AsGlass
Antik inşaat
Ceramic City
Zaman Express
SR Group
Archi CO
Etnos Reklam
Summer Tour
E.H.A Group