Noyabrın 4-də “Özsüt” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin Veysəloğlu Şirkətlər Qrupunun mərkəzi təchizat direktoru İlyas Xanməmmədov görüşdə iştirak edərək şirkətin təchizat strategiyası, yerli istehsalçılarla əməkdaşlıq imkanları barədə məlumat verib.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


