İşgüzar Səhər Yeməyi “Momento Lounge” – 29.07.2025

29 iyul tarixində Marsol Group və “Arzu Design Studio”nun təşkilatçılığı ilə “Momento Lounge” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.

Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub. 

Tədbir çərçivəsində “Arzu Design Studio”nun təsisçisi və direktoru Arzu Quliyeva öz layihələrindən biri olan “Momento Lounge” restoranını təqdim edib və iştirakçılara bu yeni məkanın konsepti və dizaynı ilə yaxından tanış olmaq imkanı yaradıb.

Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.

Nəzərinizə çatdıraq ki, “Arzu Design Studio” peşəkar olaraq 2015-ci ildən fəliyyət göstərir. İnşaat sektorunda konstruksiya, layihələndirmə, qiymətləndirmə, memarlıq, inşaat, təmir və dizayn xidmətləri göstərir. Eyni zamanda şəxsi villalar, mənzillərlə yanaşı, bir çox otellərin, restoranların dizayn, layihə və təmirinə “Arzu Design Studio”nun imzası atılıb.

İştirak edən şirkətlər:

MADO 

Evimiz Group

Baku Container

LeDiOr Travel

Məlhəm Beynəlxalq Hospital

YURD FM

AEM Elektron

AL group

BF Group

Eurodoor

Qanun mühasibatlıq 

Arzu Design Studio

Kapital bank

KOBİA

Nil Təhsil Mərkəzi