İyulun 16-sı 30-a yaxın Marsol Group partnyoru “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.
Görüş zamanı “Meslehetci.az” şirkətinin həmtəsisçisi Abbas Orucəliyev şirkətin fəaliyyəti haqqında məlumat verib, sahibkarlar üçün “Ticari Marka” mövzusunda çıxış edərək sahibkarlıq fəaliyyətində brendin əhəmiyyəti, markanın hüquqi qorunması və bu kimi mövzularda biliklərini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.