İşgüzar Səhər Yeməyi “Mado” – 14.12.2023

Bu gün “Mado” restoranında partnyorlar və B2B əməkdaşlıqlar təklif edən görüşlərə maraqlı olan sahibkarlarla “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəldik.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev sahibkarlarla həmsöhbət oldu, birgə maliyyələşmə proqramı və onun işçilər üçün faydaları haqqında məlumat verdi.

Görüş “İDEA Consulting and Solutions”un rəhbəri Ceyhun Məmmədovun çıxışı ilə davam etdi. Ceyhun bəy şirkətin təklif etdiyi IT inteqrasiya həlləri, hüquq, mühasibatlıq və audit xidmətləri haqqında məlumat verdi. Daha sonra “Rəqəmsallaşma və müştəri əlaqələri” mövzusunda təqdimat baş tutdu.

Yekunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mado
Storm Engineering
Saloni
İcon Pərdə
Dayaq Patronaj Xidməti
AzEstetik Group
Grow Guide Development Center
Nar Mobile
Amazon Travel
Modern Hospital
İDEA Consulting
Hanoğlu
Q-Meter
Rota Group
Mopedo
Master Tools
One Smart Star
Hikmətoğlu
Dövlət Məşğulluq Agentliyi
Mediazadə
Ato Slim
L-Sim
Vibrostone
Deltatech
FFF HN
Smart Group
Vivi Concept