İşgüzar Səhər Yeməyi “Mado” – 13.11.2025

Noyabrın 13-də “Mado” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Görüşdə Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva, Azərbaycan Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin Baş hüquqşünası Ceyhun Qurbanov da görüşdə iştirak edərək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib, sahibkarlarla həmsöhbət olublar.

Həmçinin İqtisadçı, Maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov sahibkarlara “Maliyyə savadlılığı”, “Maliyyə hesabatlarının təhlili”, “Risklərin idarə edilməsi” və “Biznes analitika” adlı təlimlərinin məzmunu, əhəmiyyəti və əsas istiqamətləri haqqında məlumat verib, maliyyə savadlılığı ilə bağlı bir neçə vacib məqama toxunaraq təqdimatın sonunda sahibkarların suallarını cavablandırıb.

Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.

This will close in 0 seconds