İşgüzar Səhər Yeməyi “La Terracce” – 09.01.2024

2024-cü il üzrə baş tutan ilk “İşgüzar Səhər Yeməyi” çərçivəsində Marsol Group partnyorları “La Terracce” restoranında bir araya gəlib. Görüşdə yeni il üçün birgə layihələrin müzakirəsi, yeni əməkdaşlıq imkanları və keçmiş ilin nəticələrinin təhlili kimi məsələlər diqqətdə saxlanılıb.

B2G formatında əməkdaşlıqların inkişafı üçün dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov da iştirak edərək sahibkarlara Agentliyin dəstək mexanizmləri haqqında məlumat verib. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin dövlət-sahibkar əməkdaşlıq platformasında operativ həlli yolları haqqında müzakirələr aparılıb.

Bununla yanaşı “SAT Group” şirkətinin “Rəhbərin 4 funksiyası” mövzusunda təlimi baş tutub. Şirkətin rəhbəri Azad Qəhrəmanov mövzu çərçivəsində bir sıra müzakirələrə vasitəçi olub. Daha sonra mövzu ilə bağlı partnyorların fikirləri dəyərləndirilib və suallar cavablandırılıb.

Görüşün sonunda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

La Terracce
SAT Group
Red Kimya
KOBİA
Kapital Bank
XXI Əsr Məktəbi
Humel Psixologiya Mərkəzi
Xalq Həyat
Fooda Culinary
Unity Technology
Texno Gallery
Documood
Yek Production
Lux Concept
Baku Power
Palma Travel
ASO Group
Qanun Mühasibatlıq
Bimtek
Grow Guide Develompent Center
189 Taxi
Bayraktar Holdinq
Odero
Onur Plast
TWC Group
AAFT
Dəmirağac Engineering
Greenmed