İşgüzar Səhər Yeməyi “Kitchen Plus” – 18.10.2023

Bugünkü “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın Marsol Group partnyoru əməkdaşlıq imkanlarından yararlanmaq, biznes təcrübələrini bölüşmək üçün “Kitchen Plus” restoranında bir araya gəlib. Görüşdə sahibkarlığa dair maraqlı müzakirələrlə yanaşı Marsol Group-la əməkdaşlıqla bağlı bir sıra mövzulara toxunulub. Həmçinin, “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verilib.

Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərov da görüşdə iştirak edərək öz çıxışında bu tip işgüzar görüşlərin biznes əlaqələrinin inkişafına olan faydalarından danışıb səmimi mühitdə sahibkarlarla tanış olub.

Görüş çərçivəsində iştirakçılardan “Təhsil Tələbə Krediti Fondu”nun İdarə Heyətinin sədri Araz Paşayev də çıxış edərək fondun fəaliyyət istiqaməti haqqında sahibkarları məlumatlandırıb.

Davamında Azərbaycanın ən böyük optik şəbəkələrindən biri olan “Focus Optika” şirkətinin təqdimatı baş tutub. Şirkətin marketinq direktoru Tamerlan İsmayılov göz sağlamlığı və keyfiyyətli optik məhsullar haqqında iştirakçıları maarifləndirib.

Sonda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!