Noyabrın 25-də “Gizli Bahçe” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


