İyulun 23-ü 40-a yaxın Marsol Group partnyoru “Gizli Bahçe” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.
Həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.